“Matrasçılar”da ayrılıq

“Atletiko”nun hücumçusu Memfis Depay gələn yay Madrid klubunu tərk edə bilər.

Allsport.az xəbər verir ki, Niderland millisinin 30 yaşlı futbolçusu baş məşqçi Dieqo Simeoneni qane etmir və karyerasını “Sevilya”da davam etdirə bilər. O, komandadan ayrılmaq üzrə olan Yusuf En-Neserinin əvəzləyicisi kimi hesab olunur.

Qeyd olunur ki, futbolçunun özü hazırda İspaniyada qalmaq, yoxsa keçmişdə çıxış etdiyi “Lion”a qayıtmaq barədə qərar verir.

Bu mövsüm Depay bütün turnirlərdə 27 “Atletiko” matçında 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan