FOTO
Mbappe şərfləri satışda

Kilian Mbappe 2023/24 mövsümünün sonuna kimi PSJ-də çıxış edəcək, bundan sonra başqa kluba keçəcəyi gözlənilir. Allsport.az xəbər verir ki, şayiələrə görə, fransalı futbolçunun özü artıq PSJ rəhbərliyinə müqaviləni yeniləməmək və 2024-cü ilin yayında klubdan ayrılmamaq barədə məlumat verib.

Mbappenin uşaqlıqda azarkeşi olduğu “Real”da karyerasını davam etdirəcəyi gözlənilir, lakin futbolçunun yeni klubu rəsmən sonra məlum olacaq. Bununla belə, Mbappenin şəkli olan şərfləri artıq “Santiaqo Bernabeu” stadionunda satışda görmək olar.

Həmin kateqoriyadan