- Baxış sayı: 32
- 03 Noyabr 2026 17:24
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

PSJ-nin hücumçusu Kilian Mbappe iyulun 1-dən “Real”ın futbolçusu olacaq.
Allsport.az xəbər verir ki, 2 həftə əvvəl 25 yaşlı futbolçu Madrid klubu ilə 5 illik müqavilə imzalayıb. O, komandanın ən çox maaş alan futbolçusu olacaq. Fransalı futbolçunun xalis məvacibi 15-20 milyon avro və nailiyyətlərə görə bonuslar olacaq. Bundan əlavə, o, imza bonusu alacaq. Beləliklə, Mbappenin vergilərdən sonra ümumi qazancı 50 milyon avronu keçməyəcək.