“O, dünya futbolu tarixində ən yaxşı oyunçu idi və elə də qalır!”

Bir neçə ay əvvəl Kriştianu Ronaldu və onun meneceri Corc Mendes uzun illər davam edən əməkdaşlıqdan sonra ayrıldılar.

Allsport.az xəbər verir ki, Ronaldu “Mançester Yunayted”lə bağlı qalmaqallı müsahibə vermək qərarına gəlib. Onun agenti Mendes ciddi müqavimət göstərdiyi ehtimal edilir.

Bu bölünməyə baxmayaraq, portuqaliyalı agent hələ də keçmiş müşaviri haqqında müsbət danışır.

“Kriştianu həmişə mənim ürəyimdə olacaq. O, mənim üçün xüsusi oyunçu və xüsusi bir şəxsdir.

Və hamımız portuqaliyalılar fəxr etməliyik ki, onun kimi oyunçumuz var. Mən bunu həmişə demişəm və bütün ömrüm boyu deyəcəyəm: O, dünya futbolu tarixində ən yaxşı oyunçu idi və elədə qalır! Zərrə qədər də şübhəm yoxdur”.

Həmin kateqoriyadan