Messi “Əl Hilal”a keçməyə meyllidir

Allsport.az xəbər verir ki, PSJ-nin hücumçusu “Barselona” ilə Səudiyyə Ərəbistanı klubu arasında qalıb. Ancaq indi getdikcə ikinci varianta meyl edir.

“Əl Hilal” argentinalıya 1,2 milyard avro dəyərində 2 illik müqavilə təklif edib.

İllik 600 milyon avro maaşla Messi ən çox maaş alan idmançı olacaq. Lionelin atası və onu təmsil edən qardaşı futbol tarixinin ən böyük komissiyasını alacaqlar.

Artıq Corce Messinin təklifi qəbul etdiyi iddia edilir. Futbolçu hələ də “Barselona”nın yaxın gələcəkdə nəsə edəcəyinə ümid edir.

Həmin kateqoriyadan