Messi DÇ-2026-da niyə oynamayacaq?

Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı haqda danışıb.

Allsport.az xəbər verir ki, bundan əvvəl Messi ABŞ, Kanada və Meksikada keçiriləcək növbəti dünya çempionatında iştirak etmək fikrində olmadığını bildirmişdi.

“Yaş və vaxta görə orada oynamaq mənim üçün çətin olacaq. Seçmə mərhələ oyunları, Amerika kuboku və dünya çempionatı haqqında düşünmək üçün hələ tezdir.

Biz əldə etdiyimizdən və yaşadığımız hər andan həzz almalıyıq” – Messi deyib.

Argentina Qətərdə keçirilən dünya çempionatının qalibi olub, Messi isə turnirin ən yaxşı oyunçusu seçilib.

Həmin kateqoriyadan