Messi “Disneylənd”də

Allsport.az xəbər verir ki, PSJ-nin futbolçusu Lionel Messi övladları və həyat yoldaşı ilə Parisdə “Disneylənd”də olub.

Hücumçunun ailəsi ötən həftə sonu əyləncə mərkəzinə gedib. Argentinalı oyunçu diqqətdən kənarda qalmağa çalışıb. O, kapüşonda, bəzən də maska ​​taxaraq gəzib.

Lakin pərəstişkarları Messini tanıyaraq avtoqraf və fotolar istəməyə başlayıblar. Lionel fanatları ilə fotolar çəkdirib.

Həmin kateqoriyadan