- Baxış sayı: 43
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 149
- Sentyabr 23, 2026
- 0

“İnter Mayami”nin kapitanı Lionel Messi klubu ilə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadacaq.
Allsport.az xəbər verir ki, yeni razılaşma yaxın həftələrdə açıqlanacaq.
Argentinalı ulduz 2026-cı ildə dünya çempionatında və 2028-ci ildə Amerika kubokunda çıxış etməyi planlaşdırır.
38 yaşlı futbolçunun “İnter”lə hazırkı müqaviləsi cari ilin sonuna kimi hesablanıb. O, bu mövsüm 23 oyun keçirib, 19 qol vurub və 2 məhsuldar ötürmə verib.