Dünya çempionu qərarın verib

Lionel Messi, “İnter Mayami”yə pula görə yox keçmədiyini bildirib. Allsport.az xəbər verir ki, bundan əvvəl argentinalı futbolçu MLS klubuna qoşulacağını təsdiqləyib.

“Həqiqəti demək üçün iqtisadi məsələlər mənim üçün heç vaxt problem və maneə olmayıb. Biz “Barselona” ilə müqaviləni müzakirə etmədik. Rəsmi, yazılı, imzalanmış təklif yox idi, hələ heç nə yox idi. Bilmirdik, bunu etmək mümkün olacaq, ya yox. Bir niyyət vardı, amma irəliləyə bilmirdik, hətta formal olaraq puldan danışmırdıq.

Əgər pulla bağlı olsaydı, Ərəbistana və ya başqa bir yerə gedərdim. Həqiqət budur ki, mənim qərarım pula görə deyil, başqa səbəblərə görə verilib” – Messi deyib.

Həmin kateqoriyadan