Messi uğrunda mübarizə davam edir

Amerikanın MLS klubları PSJ-nin argentinalı ulduzu Lionel Messinin liqaya dəvət olunmasının yeni variantını hazırlayıb.

Allsport.az xəbər verir ki, Messinin uzun müddətdir bağlı olduğu transfer şərtləri ilə “İnter Mayami” argentinalının yüksək maaşını tam olaraq üzərinə götürə bilmir. Bununla bağlı bir neçə həftə əvvəl MLS klublarının sahibləri toplantı keçirərək, bütün komandaların super ulduzun maaşının bir hissəsini ödəyəcəkləri barədə razılığa gəliblər.

Eyni zamanda hücumçu oynamaq istədiyi komandanı seçməkdə sərbəst olacaq.

Messinin oynamayacağı klublar belə bir qərara gəliblər ki, futbolçunun liqaya düşəcəyi təqdirdə MLS televiziya müqaviləsinin məbləğinin xeyli artacağı təxmin olunur.

Həmin kateqoriyadan