- Baxış sayı: 36
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 217
- Noyabr 09, 2026
- 0

Argentina millisinin kapitanı Lionel Messinin həyat yoldaşı Antoniella Rokuzzonun mağazası silahlı hücum nəticəsində qarət edilib.
Allsport.az xəbər verir ki, silahlı hücum “Unico” supermarketindən banka 8 milyon peso (22,5 min dollar) aparan avtomobilə olub. Rokuzzonun əmisi oğlu banka pul yatırmağa gedirmiş, lakin o, bunu həyata keçirə bilməyib. Soyğunçular 2 kisə pul götürüblər və maşına ən azı bir dəfə atəş açıblar.