Meza Kolli Azərbaycana döndü

“Zirə” Sezar Meza Kollini heyətinə qatıb.

Allsport.az xəbər verir ki, Bakı təmsilçisi paraqvaylı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Yarımmüdafiəçi ilə razılaşmanın müddətinin uzadılması hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, 2016/17 mövsümündə komandanın şərəfini qorumuş futbolçu ölkəmizdə “Şamaxı” və “Neftçi”, İtaliyanın “Çezena”, “Pavia”, İspaniyanın “Alaves”, Rumıniyanın “Unversitad Krayova”, Səudiyyə Ərəbistanının “Ohod” klublarında çıxış edib.

Həmin kateqoriyadan