- Baxış sayı: 34
- 25 Oktyabr 2026 20:27
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

Azərbaycan cüdo millisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük dəbilqə” turnirində 11 idmançı ilə təmsil olunacaq.
Allsport.az xəbər verir ki, oktyabrın 29-31-də təşkil olunacaq yarış beynəlxalq cüdo federasiyasının təqviminə daxildir.
Azərbaycan yığması turnirdə 7 kişi və 4 qadın cüdoçu ilə mübarizə aparacaq.
Qadınlar:
-48 kq – Könül Əliyeva
-52 kq – Gültac Məmmədəliyeva
-70 kq – Südabə Ağayeva
+78 kq – Madina Kaisinova
Kişilər:
-60 kq – Balabəy Ağayev
-66 kq – Ruslan Paşayev
-73 kq – Kamran Süleymanov, Hidayət Heydərov
-90 kq – Elcan Hacıyev
+100 kq – Uşanqi Kokauri, Camal Qamzatxanov
Kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Əminə Əbdüllətif və məşqçi Tərlan Kərimov komandaya rəhbərlik edəcəklər.
Los Anceles-2028 yay olimpiya oyunlarına lisenziya xalları qazandıran turnirdə 60 ölkədən 400-dən çox idmançının iştirakı gözlənilir.
Yarışda Azərbaycan cüdo federasiyasının hakimlər komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.