- Baxış sayı: 16
- 26 Oktyabr 2026 15:57
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

“Bavariya”nın prezidenti Uli Höenes futbolçuları Maykl Olis haqqında danışıb.
Allsport.az xəbər verir ki, funksioner fransalı hücumçunu uzun müddət komandada saxlamaq istədiklərini deyib:
“Olisin bizimlə müqaviləsi 2029-cu ilə kimidir. İndi bu barədə düşünmürük. O, bizim əsas oyunçularımızdandır və bir neçə il klubda qalmasını arzulayırıq. Mövsümün gedişində danışıqlarımız olacaq. Bizimlə müqaviləsini uzatmaq istəməsə, problem deyil, çünki 2029-cu ilə kimi burada olacaq.
Maykl çox yaxşı performans sərgiləyir və hər matçda artırmaqdadır. O, Lamin Yamaldan daha yaxşı futbolçudur”.
Olis bu mövsüm 11 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.