“Məsuliyyətdən qaçmaq olmaz”

“Məsuliyyətdən qaçmaq olmaz”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik premyer liqada “Bornmut”a uduzduqları görüşü şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Mançester Yunayted” kimi klubda belə ağır nəticələri yaşamaq çox çətindir. Bu, mənə yox, komandaya aiddir. Həqiqətən, qarışıq hisslər yaşayıram.

Uzun müddətdir, bu klubdayam və böyük məsuliyyətim var. Komandanın belə ağır perioddan keçməsinin səbəbkarlarından olmaq kədərləndirir. Reallıq ortadadır, məsuliyyətdən qaçmaq olmaz. Nələrin olacağını görəcəyik”.

“Mançester Yunayted” 8 turdan sonra 7 xalla 16-cı sıradadır.

Həmin kateqoriyadan