“Güclü rəqibə qalib gəldik”

“Güclü rəqibə qalib gəldik”

“Real”ın baş məşqçisi Joze Mourinyo la liqada “Barselona”ya qalib gəldikləri görüşü şərh edib.

Allsport.az  xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İnanıram ki, azarkeşlərin zövq aldığı möhtəşəm oyun oldu. İki komanda da qalib gəlmək üçün sona qədər döyüşdü. Futbolçularıma minnətdaram, inanılmaz oynadılar. Həm intizamlı, həm kompakt futbol göstərdilər. Top rəqibdə olanda da onların üzərinə böyük təzyiqlə getdilər. Hesabı 2:0 da edə bilərdik, amma şanslarımızı boşa verdik. Hər bir halda, güclü rəqibə qalib gəldik. Nəticəni müsbət dəyərləndirməliyik”.

“Real” 10 turdan sonra 24 xalla üçüncü sıradadır. “Barselona”nın isə aktivində 27 xal var və birinci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan