“Ağır vəziyyətdir”

“Ağır vəziyyətdir”

“Şəfa” premyer liqanın IX turunda öz meydanında “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Zaur Həşimov bunu deyib:

“Təəssüf ki, növbəti dəfə məğlubiyyəti şərh etməli olacam. Oyuna yaxşı başlamadıq, ancaq sonradan, əsasən də ikinci hissədə üstünlüyü ələ aldıq. Hətta qol vurub hesabda önə də keçdik. Amma sonda məğlub olduq.

Onu da qeyd edim ki, futbolçular həddindən artıq gərgindirlər. Bu gərginliyi üzərimizdən ata bilmirik. Düşünürəm ki, oyun üslubumuz yeni yığılan komanda üçün yaxşıdır. Həm ötən tur “Şamaxı” ilə oyunda, həm də bu qarşılaşmada hesabda önə çıxsaq da, üstünlüyümüzü qoruya bilmədik. Bilmirəm bunu şanssızlıqla əlaqələndirim, yoxsa təcrübəsizliklə… Amma düşdüyümüz durum bizi kədərləndirir, ağır vəziyyətdir”.

Həmin kateqoriyadan