“Məğlubiyyəti həzm etmək asan deyil”

“Məğlubiyyəti həzm etmək asan deyil”

“Barselona”nın baş məşqçisi Hansi Flik la liqada “Real”a uduzduqları görüşü şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İmkanlarımız var idi, amma sonluq çatmadı. İkinci hissədə daha da yaxşı oynadıq, çoxlu hücumlar etdik. Bütün diqqətimiz irəlidə olduğu anda qapımızda qol gördük. Bundan sonra hesabda geridönüş etmək çətin oldu. Məğlubiyyəti həzm etmək asan deyil, amma bunu qəbul etməliyik”.

“Barselona” la liqada 10 turdan sonra 27 xalla birinci sıradadır. Aktivində 24 xalı olan “Real” isə üçüncüdür.

Həmin kateqoriyadan