- Baxış sayı: 18
- 26 Oktyabr 2026 11:20
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

“Flamenqo”nun yarımmüdafiəçisi Jorjinyonun dopinq testinin nəticəsi pozitiv çıxıb.
Allsport.az xəbər verir ki, italiyalı futbolçu təkrar test verəcək.
Nəticə bu dəfə də müsbət çıxsa, 34 yaşlı dayaq yarımmüdafiəçisini 6 aydan 2 ilədək futboldan uzaqlaşdırılma cəzası gözləyir.
Jorjinyo 2025-ci ilin yayından “Flamenqo”da çıxış edir. İtaliya millisinin sabiq üzvü cari mövsümdə Braziliya təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl “Verona”, “Sambonifakese”, “Napoli”, “Çelsi” və “Arsenal”ın da formasını geyinib.