“Müdafiə üzərində daha çox işləyəcəyik”

“Müdafiə üzərində daha çox işləyəcəyik”

“Neftçi” premyer liqanın IX turunda öz meydanında “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Yuri Vernidub bunu deyib:

“İlk 20 dəqiqə oyunumuz istədiyimiz kimi alınmadı. Sonra isə müdafiəçimizin səhvinə görə azlıqda qaldıq. Buna baxmayaraq, daha yaxşı oynamağa başladıq. Hətta qol vurub fasiləyə üstün hesabla yollandıq. Bununla belə, bilirdim ki, belə komandaya qarşı azlıqda oynamaq çətin olacaq. Bu səbəbdən 5-3-1 sxemi ilə davam etdik. Əslində, buraxdığımız qola qədər bütün mövqeləri bağlamışdıq və rəqibin elə bir epizodu olmamışdı. Daha sonra Emil Balayev komandamızı növbəti qoldan xilas etdi. Azlıqda qalsaq belə, qələbə qazanmaq istəyirdik. 2 xal itirdiyimizi düşünürəm, çünki həmişə qalib gəlmək istəyirəm. Müdafiə üzərində daha çox işləyəcəyik”.

Həmin kateqoriyadan