Zədələnib

Zədələnib

“Yuventus”un heyətində ciddi itki baş verib.

Allsport.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Zeki Çelik sıradan çıxıb.

Türkiyəli futbolçu UEFA Avropa liqası liqa mərhələsinin III turunun “Renn”lə matçında (2:2) zədələnib. 29 yaşlı sağ cinah müdafiəçisinin sol ayağının arxa əzələsində yırtıq aşkarlanıb. Onun yaşıl meydanlara qayıdacağı tarixlə bağlı məlumat verilməyib.

Zəki Çəlik yayda “Roma”dan ayrıldıqdan sonra azad agent statusu ilə “Yuventus”a keçib. Türkiyə millisinin üzvü “ağ-qaralar”ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan