- Baxış sayı: 46
- 25 Oktyabr 2026 15:04
- Baxış sayı: 64
- Oktyabr 25, 2026
- 0

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti görüşünü keçirib.
Allsport.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Avstraliya ilə üz-üzə gəlib.
Hövsan yarış kompleksində keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, millimiz daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı isə 1:0 hesabı ilə məğlub edib.
Milli oktyabrın 26-sı saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.
Turnirdə dünyanın 189 ölkəsindən FİFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan yarış kompleksində keçirilir. Turnirin final görüşü Bakı kristal zalında gerçəkləşəcək.