- Baxış sayı: 58
- 25 Oktyabr 2026 12:23
- Baxış sayı: 65
- Oktyabr 25, 2026
- 0

Gənclərdən ibarət Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə qran pri turnirini 5 medalla başa vurub.
Allsport.az xəbər verir ki, dünya cüdo turunun təqviminə daxil olan yarışın son günündə daha 2 təmsilçimiz fəxri kürsüdə yer alıb.
Əli Qazıməmmədov (-90 kq) və Davud Namazlı (-100 kq) üçüncü yeri tutaraq bürünc mükafata sahib çıxıblar.
Xatırladaq ki, turnirin ilk günündə Vüsalə Hacıyeva (-57 kq) gümüş, Xədicə Qədəşova (-57 kq) və Hanna Zaytseva (-63 kq) isə bürünc medal qazanıblar.