- Baxış sayı: 18
- 26 Oktyabr 2026 11:20
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

“Bavariya”nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq.
Allsport.az xəbər verir ki, belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib.
O, daha sonra xəstəxanaya çatdırılıb.
Vensan Kompaninin son vaxtlar virus infeksiyasından əziyyət çəkdiyi bildirilir. 39 yaşlı mütəxəssis xəstəliyin əlamətlərinə rəğmən, məşqçi fəaliyyətini tam davam etdirib.