“Milan”dan 2 keçid

“Milan” iki yeni futbolçunun transferini açıqlayıb.

Allsport.az xəbər verir ki, “A” seriyası təmsilçisi “Fiorentina”dan cinah yarımmüdafiəçisi Rikkardo Sottili mövsümün sonuna qədər icarəyə götürüb, həmçinin “Montsa”dan mərkəz yarımmüdafiəçisi Uarren Bondonu transfer edib. , onunla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

“Rossonerilər” 21 yaşlı fransalının keçidi üçün “Montsa”ya 10 milyon avro ödəyib.
Bondo bu mövsüm 22 oyunda iştirak edib. Sottil isə 25 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan