Milli komandamızın daha bir üzvü “Neftçi”də

Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Emil Balayevin ardınca milli komandamızın daha bir üzvünü transfer edib.

Xorvatiya əsilli Filip Ozobiçlə 2 illik müqavilə bağlanıb. 32 yaşlı yarımmüdafiəçi komandanın heyətində 10 nömrəli formanı geyinəcək.

Rusiyada “Spartak” (Moskva; 2010-2013), Xorvatiyada “Hayduk” (Split; 2012-2013) və “Slaven” (Belupo; 2013-2016) klublarında çıxış etmiş Ozobiç ölkəmizdə “Qəbələ” (2016-2018) və “Qarabağ”da (2018-2023) forma geyinib.

Yarımmüdafiəçi Azərbaycan çempionatının qalibi (2019, 2020, 2022, 2023) və iki ən yaxşı bombardirindən biri (2017) olub, Xorvatiya (2013) və Azərbaycan (2022) kubokunu başı üzərinə qaldırıb.

Xorvatiyanın əsas və müxtəlif yaş qruplarından ibarət yığma komandalarının formasını geyinmiş Filip 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 10 oyun keçirib, 1 qol vurub.

Həmin kateqoriyadan