- Baxış sayı: 41
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 219
- Noyabr 09, 2026
- 0

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət yığmamız yoxlama oyunları keçirib.
Allsport.az xəbər verir ki, əvvəlcə “Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:1 hesablı qələbə qazanıb.
Bu gün isə “Səbail”in müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş görüş U-19-un məğlubiyyəti ilə yekunlaşıb – 1:2.