- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda “Oberhauzen” ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat fasilədə əvəzlənib.
Qeyd edək ki, Toğrulun komandası hazırda 25 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.