Millimizin qitə çempionatı üçün heyəti

11-16 fevral tarixlərində Fransada keçiriləcək komandalararası Avropa çempionatında iştirak edəcək kişilərdən ibarət badminton millimizin heyəti açıqlanıb.

Allsport.az xəbər verir ki, baş məşqçi Morteza Validarvinin qərarına əsasən, qitə çempionatında ölkəmizi Orxan Qələndərov, Səbuhi Hüseynov, Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Cahid ƏlhəsənovAqil Qəbilov təmsil edəcək.

Komandamızın üzvləri turnirə hazırlığın son mərhələsində Ukrayna və Danimarkada təlim-məşq toplanışı keçəcək.

5-ci qrupda yer millimizin rəqibləri Almaniya, Çex Respublikası və İslandiya yığmalarıdır. Komandamız qrupda ilk oyununu fevralın 11-də İslandiya millisinə qarşı keçirəcək.

Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşdən ibarət olacaq.

Həmin kateqoriyadan