- Baxış sayı: 36
- 09 Avqust 2026 17:15
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0
Serbiya Super Liqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “OFK Belqrad” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Çukariçki” ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətdə meydana çıxan Branimir bu matçın 60-cı dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, “OFK Belqrad” hazırda 18 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.