- Baxış sayı: 30
- 24 İyun 2026 12:18
- Baxış sayı: 68
- İyun 23, 2026
- 0
Almaniya ikinci Bundesliqasında 29-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna” da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi səfərdə “İnqolştadt”la qarşılaşıb. Oyun futbolçumuzun klubunun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb. O, 45-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, “Fortuna” hazırda 40 xalla yeddinci pillədə qərarlaşıb.