Millimizin üzvü qətldə ittiham olunduğu üçün axtarışa verildi

Millimizin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib. Allsport.az xəbər verir ki, bu barədə Dağıstan daxili işlər nazirliyinin sosial şəbəkə səhifəsi məlumat yayıb. 

24 yaşlı idmançı Daqavtodor” və “Kaspi” yollar idarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir.

Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir.

97 kq çəki dərəcəsində çıxış edən milliləşdirilmiş Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının bürünc, Minsk-2019 II Avropa oyunlarının gümüş mükafatçısıdır

Həmin kateqoriyadan