- Baxış sayı: 44
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 149
- Sentyabr 23, 2026
- 0

İspaniya La Liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Xetafe” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb. İsrafilov bu görüşə start heyətdə başlayıb və sonadək meydanda olub.
Qeyd edək ki, “Eybar” hazırda 19 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.