Mirabdulla Abbasov: Bu, karyeramda ən gözəl qol ötürməsi idi

“Keşlə” ilə oyunun (2:0) qəhrəmanlarından biri Mirabdulla Abbasov idi. Allsport.az saytı xəbər verir ki, meydana 75-ci dəqiqədə çıxan hücumçu 2 məhsuldar ötürmə ilə qələbədə xüsusi pay sahibi olub:

“Çox şadam ki, komandanın qələbəsində mənim də rolum oldu. İlk qol epizodunda yeganə məqsədim topu meydanda saxlamaq idi. Desəm ki, Antonun boş olduğunu görüb topu bilərəkdən ona ötürdüm, yalan danışaram. Düzdür, qol ötürmələrimin sayı elə də çox deyil.

Amma bu, karyeramda ən gözəl qol ötürməsi idi. İkinci qol epizodunda isə biz dörd nəfər bir nəfərə qarşı çıxmışdıq. Belə vəziyyətdə topu mütləq futbolçuların birinə ötürmək lazımdır. Çünki topdan sürətli qaçmaq olmur”.

Həmin kateqoriyadan