Mirabdulla Abbasov: Rəqiblərlə aramızdakı xal fərqini artırmağa çalışacağıq

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov “Keşlə” üzərində qələbəyə şərh verib. Allsport.az saytı xəbər verir ki, 1:0 qalib gəldikləri görüşdə yeganə qolun müəllifi olduğu üçün sevincini gizlətməyən futbolçu komanda yoldaşlarına və azarkeşlərə minnətdarlığını bildirib:

“Ağır meydançada vacib qələbə qazandıq. Çox sevinirəm ki, qalib gəldik və bu qələbədə mənim də payım oldu. Belə davam edib, rəqiblərlə aramızdakı xal fərqini artırmağa çalışacağıq. Komanda yoldaşlarım gözəl oyun göstərdilər. Onlara və azarkeşlərimizə təşəkkür edirəm”.

Həmin kateqoriyadan