Mişi Batşuayinin zədəsi ciddidir

“Fənərbaxça” UEFA Avropa liqasında “Sevilya” ilə cavab matçında zədələnən Mişi Batşuayinin səhhəti ilə bağlı açıqlama yayıb.

Allsport.az xəbər verir ki, Sarı-göylü komandadan verilən açıqlamada, “Sevilya matçında peşəkar futbol A komandası oyunçularımızdan Michy Batshuayi zədələndikdən sonra Altunizadə xəstəxanasında MRT çəkilib. Müayinələr nəticəsində, sol adduktor əzələ vətərində yırtığı aşkarlanan futbolçumuzun müalicəsinə başlanılıb.İctimaiyyətin məlumatına təqdim edirik” deyilib.

Belçikalı hücumçunun zədə səbəbindən təxminən 1 aya yaxın meydandan uzaq qalacağı gözlənilir.

Bu mövsüm sarı-göy rəngli forma ilə 25 oyuna çıxan Batşuayi 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan