- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 115
- Sentyabr 23, 2026
- 0

Moskva MOİK-i “Fənərbağça”nın cinah hücumçusu Oğuz Aydının transferi üçün təklif göndərib.
Allsport.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bir milyondan çox izləyicisi olan türkiyəli jurnalist Yağız Sabunçuoğlu məlumat verib.
Mənbənin bildirdiyinə görə, MOİK Aydını cari mövsümün sonunda satın alma şərti ilə icarəyə götürmək niyyətindədir.
Cari mövsümdə 25 yaşlı Oğuz Aydın “Fənərbağça”nın heyətində 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.