Morutan “Neftçi”yə tranfer ola bilər

“Qalatasaray”ın futbolçusu Olimpou Morutan “Neftçi”yə keçməyə yaxındır.

Allsport.az saytı xəbər verir ki, ötən mövsümü icarə əsasında “Piza”da keçirən Rumıniyalı yarımmüdafiəçi “Bari”, “Palermo”, “Sampdoriya” kimi klubların təklifinə baxmayaraq, İtaliyaya qayıtmaqdan imtina edib. “Neftçi”nin baş məşqçisi postunda Adrian Mutunun yer alması 24 yaşlı oyunçunun qərarına təsir göstərib.

Morutanı birillik icarəyə götürmək variantını nəzərdən keçirən flaqman hazırda “Qalatasaray” rəhbərliyi ilə danışıq apardığı vurğulanıb. Keçidin tezliklə reallaşması gözlənilir.

İstanbul təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədər olan Olimpiu Morutanın transfer dəyəri 4,5 milyon avroya bərabər göstərilir

Həmin kateqoriyadan