Mountdan “Çelsi”yə şad xəbər

“Çelsi”nin yarımmüdafiəçisi Meyson Mount zədəsini sağaldıb.

Allsport.az xəbər verir ki, o, əməliyyat olunduqdan sonra komanda ilə məşqlərə qayıdıb. Aprelin sonunda

Londonluların baş məşqçisi Frank Ləmpard son müsahibəsində Mountun İngiltərə çempionatının qalan 3 oyunundan ən azı ikisində iştirak edəcəyinə ümid etdiyini bildirib.

24 yaşlı futbolçu bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Onun London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Həmin kateqoriyadan