Mövsüm “Turan Tovuz”un qələbəsi ilə başladı

Bu gün 2023/24 mövsümü Misli Premyer Liqası start götürüb.

Allsport.az saytı xəbər verir ki, budəfə liqa 10 komandanın iştirakı ilə dörd dövrədə keçirilir. Avqustun 4-ü başlanan çempionata 2024-cü ilin mayın 26-da yekun vurulacaq.

Yarışın açılış matçı Mərdəkandakı “Dalğa Arena”da olub. Ötən mövsüm birinci divizionun qalibi olaraq yüksək liqada iştirak etmək hüququ qazanan “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib və 0:3 hesabı ilə uduzub

Turun digər görüşləri avqustun 5-i və 6-da keçiriləcək.

Həmin kateqoriyadan