- Baxış sayı: 33
- 22 Sentyabr 2026 19:37
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

“Çinçinatti”nin argentinalı futbolçusu Lusiano Akosta 2023-cü il mövsümü üçün MLS Amerika liqasının ən yaxşı oyunçusu seçilib.
Allsport.az xəbər verir ki, çempionat ərzində Akosta 32 görüşdə 17 qol və 10 assistlə yadda qalıb, 2 dəfə ayın oyunçusu seçilib, 10 matçda 2+ qol və ya məhsuldar ötürmə ilə çıxış edib, həmçinin 7 görüşdə qol + assist edib.
“Çinçinatti” 2023 mövsümündə tarixində ilk dəfə MLS-in qalibi oldu. İndi komanda pley-offda final kuboku uğrunda mübarizəni davam etdirir və dekabrın 3-də yarımfinalda “Kolumbus”la qarşılaşacaq.