“Müəyyən səbəbdən tam hazır ola bilmədik”

“Qəbələ”nin məşqçisi Zaur Həşimov qitə liqasının 2-ci təsnifatda Tiflisdə “Dinamo”ya qarşı cavab oyununu şərk edib. Allsport.az saytı xəbər verir ki, o, 0:3 hesabı ilə yenilgini heyətin yeni və zəif olması ilə əlaqələndirib:

““Dinamo” zəif komanda deyil. Analiz zamanı da bunu görmüşdük. Onlar oyunda da göstərdilər ki, layiqli komandaları var. Bugünkü heyətlə də “Dinamo”ya qarşı bərabər mübarizə apara bilərdik.

Amma müəyyən səbəblərdən tam hazır ola bilmədiyimiz üçün hər iki görüşdə məğlub olduq. Həkimlərin rəyinə görə zədələnərək əvəzlənən İvitsa Juniçin almacıq sümüyündə sınıq var. O, əməliyyat olunmalıdır”.

Həmin kateqoriyadan