- Baxış sayı: 41
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Xəzər Lənkəran”ın keçmiş prezidenti, “Palmali Group” şirkətinin təsisçisi Mübariz Mənsimov Türkiyədə saxlanılıb. Allsport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, onu bu gün səhər İstanbul baş prokurorluğu aparılan istintaq çərçivəsində saxlayıb.
Şübhəli şəxs kimi saxlanılan iş adamın evində axtarış aparılıb. Məlumata görə, “Palmali Group” şirkətinin təsisçisi FETÖ istintaqı çərçivəsində saxlanılıb və onun olduğu ünvanda axtarışlar aparılıb.