Mübariz Mənsimov: “Xəzər Lənkəran” hər zaman yaşayacaq

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov komandanın dağılmasından sonra ilk dəfə bu barədə danışıb. Allsport.az saytı xəbər verir ki, Feisbuk hesabında paylaşım edən tanınmış azərbaycanlı iş adamı klubun hər zaman yaşayacağını bildirib:

“Xəzər Lənkəran” bir brenddir. O hər zaman yaşayacaq. Bu klubun var olmasına şəxsən mən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Burdan bütün “ağ-yaşıl” fanatlarına uğurlar arzulayıram”.

Həmin kateqoriyadan