Musa Qurbanlı İsveç çempionatında debüt etdi

Musa Qurbanlı İsveç çempionatında debüt etdi

Millinin üzvü Musa Qurbanlının yeni klubu “Yurqorden” bu gün İsveç allsvenskanında növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər” 17-ci turda evdə “Elfsburq”a 0:4 uduzub.

Hücumçumuz bu oyunda debüt edib. 21 yaşlı futbolçu görüşə ehtiyat oyunçular skamyasından qoşulub – 58-ci dəqiqədə meydana daxil olub.

İsveç yüksək liqasında “Yurqorden” yarış cədvəlində 30 xalla 4-cüdür.

Həmin kateqoriyadan