Müşfiq Hüseynovdan rekord

Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur. Allsport.az xəbər verir ki, o, “Qarabağ”ın heyətində 109 dəfə fərqlənib.

“Neftçi”də 99 top vuran Samir Ələkbərovu “100”dən bir qol ayırır. İlk “üçlüy”ü ölkə çempionatlarının ən yaxşı bombardiri Nazim Əliyevlə Alay Bəhramov qapayır. Onlar müvafiq olaraq Sumqayıt “Xəzər”i və “Viləş”də 93 dəfə fərqlənib.

İlk “onluq”da “Neftçi” və “Kəpəz” daha çox – hərəyə üç futbolçu ilə təmsil olunub.

1Müşfiq HüseynovQarabağ109
2Samir ƏləkbərovNeftçi99
3-4Alay BəhramovViləş93
 Nazim ƏliyevXəzər S93
5Fazil PərvərovKəpəz80
6Rövşən ƏhmədovKəpəz75
7Qurban QurbanovNeftçi66
8-9Nadir NəbiyevTuran63
 İmamyar SüleymanovKəpəz63
10 Yunis HüseynovNeftçi58

Həmin kateqoriyadan