“Nəticələrimiz yaxşı deyil”

“Mövsümün startında “Neftçi” üzərində qələbə qazansaq da, sonrakı oyunlar göstərdi ki, nəticələrimiz yaxşı deyil”.

Allsport.az xəbər berir ki, bunu “Kəpəz”in futbolçusu Vurğun Hüseynov klubun mətbuat xidmətinə açıqlamasında mövsümün ilk 6 turundakı nəticələrini dəyərləndirərkən deyib.

35 yaşlı müdafiəçi çatışmazlıqlarının olduğunu etiraf edib: “Baş məşqçi təhlil edir, bu barədə bizi məlumatlandırır. Oyundan-oyuna bu problemləri azaltmağa çalışırıq. Son matçlardakı səhvlər komanda şəklində deyil, fərdi səhvlərdir. Bunları yoluna qoymaq üçün məşqlərdə əlimizdən gələni edirik”.

Həmin kateqoriyadan