Nagelsmannın seçimi nə olacaq?

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann, “Barselona”nın prezidenti Xoan Laportanın mövsümün sonunda Xavidən sonra “Blauqrana”nın “sükanı arxası”na keçməsi üçün ilk seçimidir.

Allsport.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Nagelsmannın Almaniya futbol federasiyası ilə qısamüddətli müqaviləsi var. Sözləşmə Almaniyada keçiriləcək Avro 2024-ün sonuna qədər qüvvədədir.

“Bundestim” turnirdə uğurla çıxış edərsə, Nagelsmannla müqavilənin müddəti uzadıla bilər.

Həmin kateqoriyadan