- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

Premyer liqada mövsümün ilk yarısının bombardiri olan Namiq Ələsgərov 8 qol vurub. Allsport.az xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi 8 komandanın mübarizə apardığı çempionatlarda qış fasiləsinə qədər ən çox qol vuran yerli futbolçu olub.
2016/17 mövsümündən indiki formatda keçirilən yarışda yalnız bir dəfə fasiləyədək daha çox qol vuran oyunçuya təsadüf olunub. Bu, 3 il əvvəl “Qəbələ”də 9 qola imza atan Baqali Dabodur. Yalnız fransalıdan geri qalan Namiq yerli futbolçular arasında ən yüksək göstəriciyə nail olub. O, iki mövsümdə 7, bir dəfə 6 qolla ilk bölümü tamamlayan Mahir Əmrəlinin nəticəsini arxada qoyub.