- Baxış sayı: 34
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 190
- Avqust 05, 2026
- 0

Neftçi”nin futbolçusu Namiq Ələsgərov premyer liqada 20-ci qolunu vurub. Allsport.az saytı xəbər verir ki, əlamətdar məqam 6-cı turda “Sabah”la görüşdə təsadüf edib.
Komandasına 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi 144-cü oyununda 20-yə çatıb. O, vurduğu qollardan 14-nə “Neftçi”də imza atıb. Namiq “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 dəfə fərqlənib.
Ələsgərov ilk qolunu 2014-cü il martın 29-da “Bakı” – “Simurq” matçında (2:1) qonaqların qapısından keçirib.